Bu gün:

Ozzy Osbourne vəfat edib


Heavy metal janrının öncülərindən olan “Black Sabbath” qrupunun solisti Ozzy Osbourne 76 yaşında vəfat edib. Ailəsinin yaydığı açıqlamada sənətçinin bu səhər ailəsinin əhatəsində dünyasını dəyişdiyi bildirilib.

Qrup yoldaşları Tony Iommi, Geezer Butler və Bill Ward, eləcə də Aerosmith, Billy Corgan, Sammy Hagar kimi tanınmış musiqiçilər onunla vidalaşıb.

Cəmi bir neçə həftə əvvəl Osbourne Birmingemdə vida konserti verib. Metallica və Guns N’ Roses kimi qruplar da həmin tədbirdə çıxış edib. 

Los Ancelesdə pərəstişkarları onun Hollywood Şöhrət Xiyabanındakı ulduzu üzərinə gül qoyaraq ehtiramlarını bildiriblər.

Osbourne həm “Black Sabbath” qrupunda, həm də solo karyerasında “Crazy Train” kimi unudulmaz hitlərə imza atıb. O, həyat yoldaşı Sharon və altı övladı ilə yanaşı, milyonlarla sevənin yaddaşında qalacaq.



Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva

Paylaş
Şərh əlavə et