Bu gün:

Tramp Yaponiya ilə “nəhəng” ticarət razılaşması elan edir


ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Yaponiyayla “böyük” bir ticarət razılaşmasına nail olub. Yaponiya ABŞ-nin ən iri ticarət tərəfdaşlarından biridir.Tramp sosial şəbəkədə yazıb ki, plana əsasən Yaponiya ABŞ-yə 550 milyard dollar (407 milyard funt sterlinq) sərmayə qoyacaq və 15%-lik qarşılıqlı tarif ödəyəcək.

O əlavə edib ki, Yaponiya ABŞ mallarına - avtomobil, yük maşını, düyü və müəyyən kənd təsərrüfatı məhsullarına - iqtisadiyyatını açacaq.

Yaponiyanın baş ticarət danışıqları üzrə nümayəndəsi Ryosei Akazawa isə Facebook paylaşımında Ağ Evə səfər etdiyini qeyd edib və #MissionAccomplished (Missiya başa çatdı) heşteqindən istifadə edib.

Razılaşmanın detalları ilə bağlı Vaşinqtondakı Yaponiya səfirliyi ilə əlaqə saxlanılıb.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et