Müalicə aldığı xəstəxanada çoxlu orqan çatışmazlığından dünyasını dəyişən keçmiş CHP sədri Altan Öymen üçün TBMM və CHP-nin qərargahında mərasimlər keçirilib. Mərasimlərdən sonra Öymenin cənazəsi dəfn olunmaq üçün İstanbula göndərilib.

Müalicə aldığı xəstəxanada çoxsaylı orqan çatışmazlığı səbəbindən 93 yaşında dünyasını dəyişən CHP-nin keçmiş sədri, keçmiş nazir, veteran jurnalist Altan Öymen bu gün torpağa tapşırılıb.
Öymenin cənazəsi ikindi namazından sonra Zincirlikuyu qəbiristanlığında torpağa tapşırılacaq.
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli
