Bu gün:

James Bond olma xəyalı pis bitib


İngiltərədə "Ceyms Bond" kimi olmaq arzusunda olan 65 yaşlı Britaniya vətəndaşı Hovard Fillips Rusiya kəşfiyyat xidmətinin agentləri olduğuna inandığı şəxslərə casusluq etmək cəhdində təqsirli bilinib.

Yerli KİV-in məlumatına görə, Phillips Vinçester Kral Məhkəməsində Britaniyanın o zamankı müdafiə naziri Qrant Şapps ilə şəxsi məlumatları paylaşmağa və xarici kəşfiyyat agentliyinə kömək etməyə cəhd etdiyinə görə məhkum edilib.

Phillipsin əlaqə saxladığı “Saşa” və “Dima” kimi tanınan şəxslərin əslində Britaniya kəşfiyyatçıları olduğu üzə çıxıb. Məhkəmə Phillipsin payızda hökm elan olunana qədər həbsdə saxlanmasına qərar verib.

İttihamda deyilir ki, Phillips 9 may 2024-cü ildə WhatsApp vasitəsilə əlaqə saxladığı şəxslərlə London və Esseksdəki ticarət mərkəzlərində görüşüb. Məlumata görə, Moskva əvəzinə “ana” sözünün işlədilməsini tələb edən müttəhim “Ümid edirəm ki, anan mənim əməyimi tam qiymətləndirəcək”,-deyib.

Təqsirləndirilən şəxsin bu söhbətlər zamanı keçmiş müdafiə naziri Şappsın ev ünvanını da paylaşdığı bildirilir.

Bildirilib ki, Phillips bir ay əvvəl Londonun Sent-Pankras və Euston qatar stansiyaları yaxınlığında velosipeddə yaddaş kartı qoyub, içərisində “xarici gücə 100% sədaqət” vəd edən sənəd var. Bildirilib ki, Phillips 16 may 2024-cü ildə "King's Cross Train Station"da mülki geyimli polislər tərəfindən saxlanılıb.

Britaniya Krallığı Prokurorluğunun Terrorla Mübarizə Departamentinin rəhbəri Bethan David Phillips-in "açıq şəkildə düşmən dövlətə xidmət göstərməyə hazır olduğunu" söyləyib.

David: "Onun dövlət qulluğuna girmək və təhlükəsizlik icazəsi almaq səyləri göstərir ki, o, maliyyə mənfəəti ilə idarə olunan və ölkəsinə vura biləcəyi zərəri nəzərə almayan biridir".

Məhkəmədə müttəhimin keçmiş həyat yoldaşı Amanda Phillips ərinin kəşfiyyat işləri ilə çox maraqlandığını, İngiltərə daxili kəşfiyyat təşkilatı Mİ5 və xarici kəşfiyyat təşkilatı Mİ6 haqqında filmlərə baxdığını və Ceyms Bond kimi olmaq arzusunda olduğunu bildirib.

Mənbə: CNN Türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva


Paylaş
Şərh əlavə et