Bu gün:

Təhsil naziri Emin Əmrullayev media nümayəndələrini təbrik edib


Bu gün Azərbaycan milli mətbuatının əsasının qoyulmasından 150 il ötür. Bu münasibətlə təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə təbrik ünvanlayıb.

24media.az Elm və Təhsil Nazirliyinin rəsmi səhifəsinə istinadan xəbər verir ki, nazir ölkə mediasının ictimai fikrin formalaşmasında və cəmiyyətin maariflənməsində mühüm rol oynadığını bildirib:

“Bu mühüm missiyanı yerinə yetirən bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara elm və təhsil sahəsinə göstərdikləri dəstəyə görə təşəkkürümü bildirirəm", – deyə Emin Əmrullayev vurğulayıb.

Qeyd edək ki, bu il Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyidir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşrə başlayan “Əkinçi” qəzeti milli mətbuatımızın təməlini qoyub.


Hazırladı: Nurəhmədova

Paylaş
Şərh əlavə et