ABŞ Prezidenti Donald Trampın administrasiyası Martin Lüter Kinqin qətli ilə bağlı sənədləri - vətəndaş hüquqları müdafiəçisinə dair FTB-nin izləmə materiallarını da daxil olmaqla - ictimaiyyətə açıqlayıb.
1977-ci ildən bəri məhkəmə qərarı ilə bu sənədlərin, ümumilikdə 230 min səhifənin yayımlanması qadağan edilib.
Kinqin ailəsinin tanınmış üzvləri bu sənədlərin açıqlanmasına qarşı çıxıb. Onun sağ qalan iki övladının yaydığı bəyanatda “bu sənədlərin atamızın irsini gözdən salmaq məqsədilə istifadə olunmasına yönələn istənilən cəhd” qınanıb.
Baptist keşişi olan Kinq 1968-ci il aprelin 4-də, 39 yaşında Memfisdə güllələnərək öldürülüb. Cinayəti törətməkdə ittiham olunan peşəkar cinayətkar Ceyms Erl Rey təqsirini etiraf etsə də, sonradan bu etirafından imtina edib.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
