Hindistanın şimalında yerləşən Himaçal Pradeş əyalətində güclü yağışların səbəb olduğu sel, torpaq sürüşməsi və bu fəlakətlərin doğurduğu yol qəzalarında 125 nəfər həyatını itirib.
Hindistanın NDTV kanalının xəbərinə görə, ölkənin Himaçal Pradeş əyalətində 20 iyundan bəri təsirli olan musson yağışları insan və maddi itkilərə səbəb olmağa davam edir.
Əyalət Fəlakət İdarəetmə Mərkəzindən (SDMA) verilən açıqlamada, güclü musson yağışlarının yaratdığı sel, torpaq sürüşməsi və ani leysanlar nəticəsində həyatını itirənlərin sayının 70 nəfər olduğu bildirilib.
Açıqlamada sel, torpaq sürüşməsi və ani leysanlar səbəbilə baş verən yol qəzalarında ölənlərin sayının isə 55-ə yüksəldiyi qeyd edilib.
Yağışların infrastrukturda da ziyana səbəb olduğu və 468 magistral yolun bağlandığı, 676 su şəbəkəsində isə fasilələrin yaşandığı açıqlanıb.
Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları başda Hindistan olmaqla hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara yol açır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Solmaz Muradova
