Valentina Tereşkova 6 mart 1937-ci ildə Rusiyanın Maslennikovo kəndində anadan olub. Atası traktorçu, anası isə toxuculuq fabrikində işləyib. Paraşütçülüyə maraq göstərərək 22 yaşında ilk dəfə təyyarədən tullanıb və o vaxtlar fabrikdə toxucu kimi çalışıb.

Yuri Qaqarinin kosmosa uçuşundan sonra Sovet hökuməti qadın kosmonavtların seçilməsinə qərar verib. 1962-ci ildə 400-dən çox namizəd arasından beş qadın seçilib: Tatyana Kuznetsova, İrina Solovyova, Janna Yorkina, Valentina Ponomaryova və Valentina Tereşkova. Onlar çəkiyoxsullu sınaqlarda iştirak edib, sentrifuqada dözümləri yoxlanılıb, paraşütlə tullanışlar yerinə yetirib və reaktiv təyyarələrlə uçuş təlimi alıblar.
Əvvəlcə iki qadının ardıcıl günlərdə kosmosa göndərilməsi planlaşdırılsa da, sonradan qərar dəyişdirilib və Tereşkova “Vostok-6” ilə Valeri Bikovskinin “Vostok-5” missiyasına paralel uçuş üçün seçilib.
"Çayka"nın uçuşu
1963-cü il 16 iyunda Tereşkova “Vostok-6” ilə orbitə çıxıb. Çağırış adı “Çayka” (“qağayı”) olub və o, kosmosa uçan ilk qadın kimi tarixə düşüb. Uçuş zamanı o, Xruşşovla radio əlaqəsi saxlayıb, bədəninin kosmik şəraitə reaksiyasını müşahidə edib və Yer şəkilləri çəkib. Onun çəkdiyi fotolar atmosferin təhlilində istifadə olunub.
Missiyası 2 gün 23 saat davam edib. Bu uçuşla Tereşkova ABŞ-in Merkuri proqramında iştirak edən bütün astronavtlardan daha çox vaxtı kosmosda keçirib. Həm o, həm də Bikovski bu sahədə rekord qazanıblar.
Mənbə: European Space Agency
Tərcümə etdi: Arzu Qafarova
