Bu gün:

Taksonomiya nədir?


Təbiətdə çox sayda canlı növü var və onları nizamlı şəkildə qruplaşdırmaq üçün taksonomiya elmi lazımdır. Taksonomiya canlıların adlandırılması və təsnif olunmasıdır. Bu, onları daha yaxşı tanımağa və araşdırmalarda asanlıq yaradır.

Taksonomiya: Canlıların elmi təsnifatı

Taksonomiya canlıları oxşar xüsusiyyətlərinə görə qruplaşdıran və adlandıran biologiya sahəsidir. Adı yunan dilindən gəlir və “tənzimləmə” və “qayda” mənalarını daşıyır. Bu elm canlıları növ, cins, ailə, sinif və krallıq kimi kateqoriyalara ayırır.


Taksonomiyanın tarixi inkişafı

Müasir taksonomiyanın əsasını 18-ci əsrdə isveçli alim Karl Linney qoyub. O, canlıları binomial nomenklatura sistemi ilə adlandırıb, hər növə iki Latın adı verib. Məsələn insanın elmi adı Homo sapiensdir.


Taksonomiya canlıları tanımaqla yanaşı, təkamül əlaqələrini anlamağa, ekoloji tarazlığı izləməyə və biomüxtəlifliyi qorumağa da yardım edir. Növlərin düzgün müəyyən edilməsi isə dərman və kənd təsərrüfatı kimi sahələrdə elmi tədqiqatlar üçün vacibdir.


Hazırda klassik taksonomiya ilə yanaşı molekulyar taksonomiya da sürətlə inkişaf edir. DNT analizi sayəsində canlılar arasında genetik oxşarlıqlar daha aydın şəkildə ortaya çıxır və təsnifatlar daha dəqiqləşir. Bundan əlavə, rəqəmsal məlumat bazaları alimlərə bütün dünyada birgə işləməyə imkan verir.


Mənbə: Evrim ağacı


Tərcümə etdi: Dilbər Paşazadə

Paylaş
Şərh əlavə et