Son illərdə aparılan araşdırmalar göstərib ki, bu təbii reaksiya sadizm və ya empatiyanın olmaması ilə bağlı deyil.
Bunun bir sıra duyğu və elementlərin bir araya gəlməsi nəticəsində yaranan reaksiya olduğunu ortaya qoyur. Bu birləşmə bizi güldürə bilər. Amerika Birləşmiş Ştatlarının Grinnell Kollecində Yumor Psixologiyasına Giriş kitabının müəllifi fəxri professor Gibson insanın büdrəməsini dərhal komediya səhnəsinə çevirə bilən dörd əsas komponenti təfərrüatlandırır.
Bunlardan birincisi “norma pozuntusu” adlanan elementdir. Axı hamımızdan gözlənilən budur; A nöqtəsindən B nöqtəsinə heç bir problem olmadan, yəni yol boyu heç bir diqqətəlayiq hadisə yaşamadan piyada getmək. Gibson təhlil edir: "Əslində gülmək, qəribədir, çünki yıxılma diskomfort yarada bilər və sosial normaları pozan bir davranışdır. Amma nə qədər çox norma pozularsa, o bir o qədər gülməli olur".
İkinci element sürpriz effektdir. Belə bir hadisə gözlənilməz olduğu üçün gözləntilərin tərsinə çevrilməsi beynimizdə reaksiya yaradır. Gibson əlavə edir: "Sürpriz sadəcə yıxılma anı olmamalıdır. İnsanın necə yıxıldığı və ya hadisənin anı və konteksti də sürpriz elementi ola bilər".
Üçüncü məqam isə hadisənin zərərsiz görünməsi və ciddi nəticələrinin olmamasıdır. İnsanın onuncu mərtəbədən yıxılıb ölməsi təbii ki, heç kimə gülməli görünmür. Halbuki ayağını möhürləyən, səkiyə uzanan, sonra utanıb yerindən qalxan birinin vəziyyəti tamam başqadır. "Hər şey hadisənin şiddətindən, yıxılma səbəbindən, qurbanın niyyətindən və həssaslığından asılıdır.",- deyə psixoloq qeyd edir.
Gibson qeyd etdiyi son element üz ifadəsidir:"Əgər yıxılan adam ağrılı və ya qəzəbli kimi görünürsə, səhnə artıq gülməli deyil. Amma adam təəccüblənsə, çaşmış və ya utanmış görünsə, bu, zarafata çevrilir".
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
