Bu gün:

Yerin fırlanması yavaşlayır


Yarandığı gündən 4,5 milyard ildir ki, Yerin fırlanması tədricən yavaşlayır və bu yavaşlama nəticəsində günlər uzanır. Yer kürəsinin ləngiməsi insanların həyatında hiss olunmaya bilər, lakin bu, uzun illər ərzində əhəmiyyətli dəyişikliklər etmək üçün kifayətdir.

Mişel Starr

Xüsusilə təxminən 2,4 milyard il əvvəl ortaya çıxan və çoxalmış siyanobakteriyalar, Yer kürəsinin günləri uzandıqca metabolik yan məhsul olaraq daha çox oksigen istehsal edə bildilər. Mikrobioloq Qreqori Dik deyib: “Yer elmlərində əsas sual “Yer oksigenlə necə zənginləşdi və bu oksigenləşməyə hansı amillər nəzarət edirdi?”. "Tədqiqatlar göstərib ki, Yerin fırlanma sürəti və ya günün uzunluğu Yerin oksigenləşməsinə əhəmiyyətli dərəcədə təsir göstərir." O, belə izah etdi.


Bu yazıda ilk baxışda əlaqəsiz görünən iki böyük məqam var. Bunlardan birincisi Yerin fırlanmasının yavaşlamasıdır. Yerin fırlanmasının yavaşlamasının səbəbi Ayın Yerə etdiyi cazibə qüvvəsidir. Biz fosil qeydlərindən bilirik ki, 1,4 milyard il əvvəl günlər cəmi 18 saat idi və 70 milyon il əvvəl indikindən yarım saat az idi. Sübutlar göstərir ki, biz hər əsrdə 1,8 millisaniyə qazanırıq.


Biz fosil qeydlərindən bilirik ki, 1,4 milyard il əvvəl günlər cəmi 18 saat idi və 70 milyon il əvvəl indikindən yarım saat az idi.


İkinci məqam Böyük Oksidləşmə hadisəsi adlanan hadisədir. Bu hadisədə çox sayda siyanobakteriyaların meydana çıxması səbəbindən oksigen səviyyələri birdən-birə artdı. Alimlər deyirlər ki, bu oksidləşmə olmasaydı, həyat olmazdı. Siyanobakteriyalara bəzi düşmənçiliklə baxılsa da, onlar olmasaydı, yəqin ki, bu gün burada olmazdıq. Bununla belə, bu oksidləşmə hadisəsinin niyə baş verdiyi və nə üçün Yerin tarixində daha əvvəl baş vermədiyi ilə bağlı hələ də açıqlanmayan suallar var.


Bu nöqtələri birləşdirmək üçün siyanobakteriya mikrobları ilə işləyən alimlər lazım idi. Böyük Oksidləşmə Hadisəsinə cavabdeh olan siyanobakteriyaların analoqu olduğu düşünülən mikrob həsirləri Huron gölündəki Orta Ada çökəkliyində tapılıb.


 Fotosintez yolu ilə oksigen istehsal edən bənövşəyi bakteriyalar və kükürdün mübadiləsini aparan ağ mikroblar bu mikrob döşəyi üzərində yarışırlar.


Gecələr ağ mikroblar kükürdün metabolizə edilməsi üçün mikrob döşəyinin səthinə çıxır, gündüz isə günəş kifayət qədər yüksək olduqda, ağ mikroblar geri çəkilir və bənövşəyi bakteriya səthə çıxır. Judith Klatt, "Bənövşəyi bakteriyalar səthə çatdıqda, fotosintez etməyə başlayırlar və oksigen istehsal edirlər" dedi. "Lakin siyanobakteriyaların tam fotosintez etməsi bir neçə saat çəkir, buna görə də gün ərzində gecikmə olur. Bu ağ mikroblarla bənövşəyi bakteriyalar arasında rəqabət Yerdə oksigen istehsalını gecikdirmiş ola bilər"-, deyib.


Bu fərziyyəni sübut etmək üçün mikroblar üzərində həm təbii mühitdə, həm də laboratoriyada bəzi təcrübələr aparılmışdır. Bundan əlavə, onların nəticələrinə əsasən, günəş işığını mikrob oksigen istehsalı və mikrob oksigen istehsalı ilə Yer tarixi ilə əlaqələndirmək üçün ətraflı modelləşdirmə işləri apardılar. "İki 12 saatlıq gün 24 saatlıq bir günə bərabərdir. Günəş işığı iki dəfə sürətlə qalxır və batır və oksigen istehsalı paralel olaraq baş verir, lakin bakteriya döşəklərindən oksigenin sərbəst buraxılması bunu edə bilməz, çünki diffuziya sürəti ilə məhdudlaşır. Oksigenin günəş işığından sərbəst buraxılmasının bu incə ayrılması bu mexanizmin mərkəzində dayanır," Arjun Çenn deyib.


Bu nəticələri oksigen səviyyələrinin qlobal modellərinə daxil etməklə, komanda günlərin uzanmasının Yerdəki oksigen səviyyəsinin artması ilə əlaqəli olduğunu müəyyən etdi.


Bu nəticələri oksigen səviyyələrinin qlobal modellərinə daxil etməklə, komanda günlərin uzanmasının Yerdəki oksigen səviyyəsinin artması ilə əlaqəli olduğunu müəyyən etdi. O qeyd edib ki, bu, təkcə Böyük Qərb hadisəsi ilə bağlı deyil, həm də təxminən 550-800 milyon il əvvəl baş vermiş Neoproterozoyik Oksigenləşmə hadisəsi adlanan ikinci atmosfer oksigenləşməsi hadisəsi ilə bağlıdır. "Biz molekulyar diffuziyadan planetar mexanikaya qədər müxtəlif miqyaslarda fəaliyyət göstərən fizika qanunlarını bir araya gətiririk" dedi Çenna. "Günün uzunluğu ilə torpaqda yaşayan oksigen mikroblarının nə qədər sərbəst buraxa biləcəyi arasında əsaslı əlaqə olduğunu göstəririk."




Mənbə: gazetebilim

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et