Bu gün sosial media dedikdə ağla gələn ilk platformalardan biri olan Instagram, dünyada milyardlarla insanın istifadə etdiyi güclü rəqəmsal vasitədir. Yalnız fərdi istifadəçilər deyil; Brendlər, rəssamlar, bizneslər və məzmun istehsalçıları da bu platforma vasitəsilə öz izləyicilərinə çatırlar. Bəs Instagram hansı ölkəyə aiddir? Kimə məxsusdur və bu platforma necə bu qədər populyarlaşıb?

Instagram hansı ölkəyə məxsusdur?
Instagram Amerika Birləşmiş Ştatlarından (ABŞ) yaranan sosial media platformasıdır. Tətbiq 2010-cu ildə Kaliforniyada inkişaf etdirilən bir startap olaraq doğulub və həyatına Silikon Vadisində yerləşən Amerika texnologiya brendi kimi başlayıb. Bu gün onun qərargahı hələ də ABŞ-nin Kaliforniya ştatının Menlo Parkındadır.
Buna görə də Instagram texniki infrastrukturu, təsisçiləri və bütün hüquqi konteksti ilə Amerika brendidir.
Instagram nə vaxt yaranıb və onu kim hazırlayıb?
Instagram 6 oktyabr 2010-cu ildə proqram tərtibatçıları Kevin Systrom və Mike Krieger tərəfindən təsis edilib. Stanford Universitetini bitirmiş bu iki dost əvvəlcə “Burbn” adlı proqram üzərində işləyiblər. Lakin istifadəçilərin vizual paylaşmağa üstünlük verdiyini anlayanda tətbiqi bütünlüklə bu sahəyə yönəltdilər və adını Instagram olaraq dəyişdirdilər.
Instagram adı “ani kamera” və “teleqram” sözlərinin birləşməsindən yaranıb. Bu ad tətbiqin ani, vizual yönümlü xarakterini təmsil edir.
Hansı ölkənin Instagramı bu qədər uğurludur və niyə?
Instagram ABŞ-də yerləşən texnoloji möcüzədir. İstifadəçi dostu interfeysi və daim yenilənən xüsusiyyətləri sayəsində sosial media dünyasının qabaqcıl platformaları arasındadır. Bu gün o, təkcə fərdi istifadə üçün deyil, həm də rəqəmsal marketinq, e-ticarət və məzmun istehsalı kimi peşəkar sahələr üçün əvəzolunmaz alətə çevrilib.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
