Bu gün:

Hərbi parad Donald Trampın doğum gününə təsadüf edəcək


Ağ Ev ABŞ ordusunun 250 illiyi münasibətilə 14 iyun, yəni prezident Donald Trampın doğum gününə təsadüf edən tarixdə hərbi parad keçiriləcəyini təsdiqləyib. 

Ordu sözçüsünün bildirdiyinə görə, Vaşinqtondakı Milli Moll-da bir gün davam edəcək festival təşkil olunacaq və tədbirdə 6600 əsgər, 150 hərbi nəqliyyat vasitəsi və 50 təyyarə iştirak edəcək.

Tramp prezidentliyinin ilk dövründə hərbi parad keçirmək istəyib, lakin təxminən 90 milyon dollara (71 milyon funt sterlinq) başa gələcəyi xəbəri yayıldıqdan sonra bu planından imtina edib. 

Tramp cümə günü "Veteranlar Günü"nü “Birinci Dünya Müharibəsində Qələbə Günü” adlandırmağı planlaşdırdığını açıqlayıb. Ordu isə paradın hazırlıqlarının davam etdiyini, tədbirin daha geniş və nümayişkaranə şəkildə keçirilməsinin nəzərdən keçirildiyini bildirib. Həmin gün Trampın 79 yaşı tamam olur.

Qeyd edək ki, o ilk dəfə 2018-ci ildə "Veteranlar Günü" üçün hərbi parad təklif edib. 


Mənbə: BBC news

Tərcümı etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et