ABŞ-də müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən "Mach İndustries" şirkəti yaxın günlərdə 100 milyon dollarlıq yeni maliyyələşdirmə mərhələsini yekunlaşdırmağa hazırlaşır.
Şirkət 21 yaşlı Ethan Thornton tərəfindən qurulub. Bu mərhələ Kosla Venturs və mövcud investor Bedrok Kapital tərəfindən birgə maliyyələşdirilir. Sərmayəyə rəhbərlik edən investor Kosla Venturs-dan Keit Rabois olacaq.
Yeni investisiya mərhələsi "Mach İndustries"in dəyərini təxminən 470 milyon dollara çatdıracaq. Lakin razılaşma hələ yekunlaşdırılmayıb və şərtlər dəyişə bilər.
"Mach İndustries" son illərdə diqqət çəkən müdafiə texnologiyaları startapıdır. Onu fərqləndirən əsas amillər qurucusunun gənc yaşda MIT-dən ayrılıb bu sahəyə yönəlməsi və Seqoa Kapital fondunun ilk dəfə bu sahəyə sərmayə qoymasıdır.
Şirkət hazırda şaquli qalxışla hərəkət edən uçuş aparatları və kosmos sərhədində belə işləyə bilən silah sistemləri üzərində çalışır. Eyni zamanda, ehtiyac olduqda tez bir zamanda qurulub fəaliyyət göstərə bilən kiçik modul zavodlar da inkişaf etdirilir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
