Bu gün:

Şahzadə Harrinin apellyasiya şikayəti rədd edilib


Britaniya kral ailəsinin üzvü, Susseks hersoqu Şahzadə Harri Böyük Britaniyaya səfərləri zamanı rəsmi təhlükəsizlik mühafizəsi ilə təmin olunması tələbi ilə iddiasının son mərhələsində uduzub. Ali Məhkəmə bugünkü qərarında Harrinin tələbini rədd edib.

Şahzadə Harri, Susseks hersoqu 2020-ci ildə həyat yoldaşı Meqan Markl və uşaqları ilə birlikdə kral vəzifələrindən istefa edərək ABŞ-yə köçüb. Bu qərarın ardınca Britaniya hökuməti artıq kral ailəsinin aktiv üzvü olmadığı üçün ona və ailəsinə vergilər hesabına maliyyələşdirilən təhlükəsizlik xidmətini dayandırıb.

Şahzadə Harri bu qərara etiraz edərək məhkəməyə apellyasiya şikayəti təqdim edib. Lakin məhkəmə onun avtomatik olaraq bu qoruma hüququna malik olmadığına qərar verib.

Qərardan sonra Şahzadə Harri açıqlama verərək bildirib: “Hazırda həyat yoldaşımı və uşaqlarımı İngiltərəyə gətirə biləcəyim bir dünya görə bilmirəm. Mənə, həyat yoldaşıma və ya atamın nəvələrinə bir şey olarsa, kim məsuliyyət daşıyacaq? Bu qərar açıq şəkildə qayğı hüququnun pozulmasıdır.”

O, ailəsi ilə birlikdə İngiltərəyə qayıtmasının hal-hazırda “mümkün olmadığını” da əlavə edib.

Ali Məhkəmənin qərarla bağlı əsaslandırılmış sənədinin yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et