Bu gün:

Qəzzaya üzməyi hədəfləyən gəmiyə hücum


Qəzzaya gəmi ilə üzməyi planlaşdıran fəallar deyirlər ki, gəmi Malta sahillərində beynəlxalq sularda pilotsuz təyyarələr tərəfindən vurulub. Hücumun arxasında İsrail ittiham edilib.

Azadlıq Donanması Koalisiyası bildirib ki, onun “Vicdan” gəmisi cümə günü yerli vaxtla saat 00:23-də hədəfə alınıb və hücumdan dərhal sonra SOS siqnalı verib.

Yaxınlıqdakı neft tankerində ekipaj üzvü tərəfindən qeydə alınan qəza zənginin səsyazısı BBC-yə göndərilib. Gəminin kapitanının pilotsuz təyyarələrin zərbələri və göyərtəsində yanğın barədə məlumat verdiyi açıq şəkildə eşidilir. Malta hökuməti gəmidəki hər kəsin təhlükəsiz olduğunu və gəmidəki yanğının gecədə nəzarət altına alındığını bildirib.

Azadlıq Donanması Koalisiyası gəmidə iqlim fəalı Greta Thunberg də daxil olmaqla insanların Qəzzaya getməyi və İsrailin qeyri-qanuni mühasirəsinə və blokadasına meydan oxumağı planlaşdırdıqlarını söyləyib.

İsrail ordusu hücumla bağlı xəbərləri araşdırdığını bildirib.

Mənbə: BBC news

Tərcümə etdi: Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et