Bu gün:

Qəzzaya gedən gəmi hücuma məruz qalıb


Qəzzaya yardım aparmaq üçün yola çıxmağa hazırlaşan işçilər bildirirlər ki, gəmi Malta sahillərində beynəlxalq sularda dronlarla vurulub və onlar bu hücumun arxasında İsrailin dayandığını düşünürlər.

Azadlıq Donanması Koalisiyası bildirib ki, onların 'Vicdan' adlı gəmisi cümə günü yerli vaxtla saat 00:23-də hücuma məruz qalıb və dərhal SOS siqnalı verib.

Qrup Qəzzaya yollanmağı və orada İsrailin qeyri-qanuni mühasirəsinə və blokadasına qarşı çıxmağı planlaşdırdığını açıqlayıb.

Malta hökuməti gəmidəki hər kəsin təhlükəsiz olduğunu və gəmidəki yanğının gecədən nəzarət altına alındığını bildirib.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et