ABŞ aylarla davam edən gərgin danışıqlardan sonra Ukrayna ilə onun enerji və mineral ehtiyatlarının birgə istifadəsinə dair müqavilə imzalayıb.
İki ölkə Ukraynanın Rusiya ilə müharibədən sonra iqtisadi dirçəlişini sürətləndirmək üçün yenidənqurma investisiya fondu yaratmaq barədə razılığa gəlib.
ABŞ-nin maliyyə naziri Scott Bessent deyib ki, bu, hər iki tərəfin Ukraynada davamlı sülh və firavanlığa sadiq olduğunu nümayiş etdirir. Kiyev üçün bu razılaşma ABŞ-nin hərbi yardımına çıxış üçün vacib hesab olunur.
Ukraynanın qrafit, titan və litium kimi mühüm minerallar baxımından zəngin olduğu düşünülür. Bu minerallar bərpa olunan enerji mənbələri, hərbi sahə və sənaye infrastrukturu üçün vacib olduğuna görə onlara böyük tələbat var.
Mənbə: BBC news
Tərcümə etdi: Ayxan Cəfərov
