Fələstin Jurnalistlər Birliyi İsrailin ilin əvvəlindən Qəzza zolağına təşkil etdiyi hücumlarda 15 fələstinli jurnalisti öldürdüyünü açıqlayıb. İsrailin 7 oktyabr 2023-cü ildə başlayan hücumları zamanı 212 fələstinli jurnalist həyatını itirib.

Birliyin “Azadlıqlar Komitəsi”nin hazırladığı hesabatda İsrailin 2025-ci ildə jurnalistlərə qarşı törətdiyi qanun pozuntuları qeydə alınıb.
İsrailin ilin əvvəlindən Qəzza zolağına təşkil etdiyi hücumlarda 15 fələstinli jurnalistin öldüyü, 11 jurnalistin yaralandığı, 17 jurnalistin ailə üzvünün öldüyü, 12 jurnalistin bombalarla evinin dağıldığı bildirilib.
Hesabatda 15 jurnalistin evlərində və ya tarlada saxlanıldığı, bəzi jurnalistlərin hələ də həbsdə olduğu, bəzilərinin isə bir neçə saat və ya gündən sonra sərbəst buraxıldığı, 49 jurnalistin ölümlə hədələndiyi, sənədləşdirilmiş 16 halda jurnalist ləvazimatlarının müsadirə edildiyi və ya qəsdən məhv edildiyi vurğulanıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Səyyarə Mirzəyeva
