Bu gün:

Apple Hindistanda iPhone yığmağa başlayacaq


"Financial Times"ın xəbərinə görə, Apple iPhone yığım zavodlarını Çindən Hindistana köçürməyi planlaşdırır. Buna səbəb ABŞ və Çin arasında ticarət müharibəsidir.Apple əvvəllər tədarük zəncirlərini şaxələndirməyə çalışsa da, indi prosesi sürətləndirməyi planlaşdırır. Son illərdə "Apple Foxconn" və "Tata Electronics" kimi əsas təchizatçılarla müqavilələr imzalayaraq Hindistanda smartfon istehsalını artırmağa diqqət ayırıb. Beynəlxalq Data Korporasiyasının məlumatına görə, 2024-cü ildə bütün qlobal iPhone satışlarının təxminən 28%-i ABŞ-dan gəlib. Amerika bazarında tələbatı ödəmək üçün şirkət Hindistanda istehsal gücünü iki dəfə artırmalıdır.

Apple fabrikləri üç ölkədə yerləşir: Çin, Hindistan və Vyetnam. iPhone-ların əksəriyyəti Çində yığılır, cihazların 20%-i Hindistanda istehsal olunur. 2024-cü ildə Apple Hindistanda iPhone istehsalını demək olar ki, 60% artırmağı bacarıb. 2026-cı ilin sonuna qədər şirkət istehsal müəssisələrini tamamilə Çindən Hindistana köçürməyi planlaşdırır. Bu, ABŞ və Çinin bir-birinə qarşı qaldırdıqları ticarət tarifləri ilə bağlıdır.


Mənbə:snob.ru

Tərcümə etdi: Fatimə Umarbəy

Paylaş
Şərh əlavə et