Bu gün:

Bülent Uygunun qızı vəfat edib


Türkiyəli tanınmış futbol məşqçisi Bülent Uygunun qızı Almina Tude Uygun 25 aprel 2025-ci il tarixində vəfat edib. O, uzun müddət tip 2 diabet xəstəliyi ilə mübarizə aparıb və bu xəstəliklə əlaqəli fəsadlar nəticəsində həyatını itirib. Almina Tude Uygun, Türkiyə Futbol Federasiyasında İdari İşlər üzrə mütəxəssis kimi çalışırdı .  


Onun vəfatı futbol camiəsində və geniş ictimaiyyətdə dərin kədər doğurub. Sakarya’nın Sapanca ilçəsində yerləşən Rüstempaşa Camiində keçirilən vida mərasimində ailəsi, yaxınları və çox sayda insan iştirak edib.


Bülent Uygun qızının vəfatı ilə bağlı verdiyi açıqlamada, “Mələyim Almina Tude Uygun, canım qızım Haqqın rəhmetine qovuşdu”, - sözlərini deyib. Onun bu acı itkisi futbol camiəsində və geniş ictimaiyyətdə dərin kədər doğurub. 


Almina Tude Uygunun vəfatı ilə əlaqədar olaraq Türkiyə Futbol Federasiyası, Gençlik və Spor Bakanlığı və bir çox futbol klubları başsağlığı mesajları yayımlayıblar. 


Almina Tude Uygun 26 aprel 2025-ci il tarixində Sapanca Mərkəz Ailə Məzarlığında dəfn olunub. 



Mənbə: Ntv

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et