Bu gün:

Papanın dəfn mərasimi: Zelenski və Tramp nə danışıb?


Ağ Evdə kameralar qarşısında apardıqları müzakirələrdən sonra Ukrayna və ABŞ liderləri bu gün Papa Fransiskin dəfn mərasiminə getdikləri Vatikanda bir araya gəliblər. Ağ Ev rəsmisi bildirib ki, iki lider “çox məhsuldar” görüş keçirib. Zelenski həmçinin qeyd edib ki, onlar “şərtsiz atəşkəs”i müzakirə ediblər.

TRAMP VƏ ZELENSKİ Papanın dəfn mərasimində görüşüblər.

Fevralın 28-də Ağ Evdə baş tutan hadisəli görüşdən sonra ABŞ prezidenti Donald Tramp və katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransiskin dəfn mərasimi üçün Vatikana gedən Ukrayna prezidenti Vladimir Zelenski orada görüş keçirib.

Zelenskinin ofisinin sözçüsü iki liderin dəfn mərasiminin başladığı Vatikandakı Müqəddəs Pyotr Bazilikasının içərisində təxminən 15 dəqiqə görüşdüyünü bildirib. Vatikanda keçirilən bu görüş Zelenski ilə Trampın Oval kabinetdəki müzakirələrindən sonra ilk üzbəüz görüş idi.

"Prezident Tramp və prezident Zelenski bu gün təkbətək görüşüb və çox məhsuldar söhbət ediblər. Söhbətlə bağlı daha ətraflı məlumat veriləcək", - Ağ Evin kommunikasiya direktoru Stiven Çeunq bildirib.

Görüşdə Makron və Stramer də iştirak edib. Zelenskinin ofisi iki adamın görüşü zamanı çəkilmiş fotolarını da paylaşıb. Fotolardan birində Ukrayna və ABŞ liderlərinin iki stulda üz-üzə oturaraq bir-birinə əyilərək danışdıqları görünür. İkinci fotoda Zelenski, Tramp, Böyük Britaniyanın baş naziri Key Starmer və Fransa prezidenti Emmanuel Makron da eyni yerdə olub və Makronun əlini Zelenskinin çiyninə qoyması kameraya düşüb.

ABŞ prezidenti Tramp Vatikanda keçirilən dəfn mərasimindən sonra ölkəni tərk edərkən, Ukrayna prezidenti Vladimir Zelenski Vatikanda görüş zamanı Trampla Rusiya-Ukrayna müharibəsində tam və qeyd-şərtsiz atəşkəs barədə danışdıqlarını açıqlayıb.


Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et