Bu gün:

İstanbul Böyükşəhər bələdiyyəsinə qarşı yeni əməliyyatda 47 nəfər saxlanılıb


İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya istintaqı çərçivəsində aparılan yeni əməliyyatda barəsində həbs cəzası tədbiri seçilən 53 nəfərdən 47-si saxlanılıb.

Saxlanılanlar arasında İstanbul Böyükşəhər Bələdiyyəsinin baş katibinin müavini Arif Gürkan Alpay, Əkrəm İmamoğlunun özəl katibi Kadriye Kasapoğlu və Media İdarə Heyətinin sədri, İmamoğlunun müşaviri Murad Ongunun həyat yoldaşı Gözdem Ongun da iştirak edir.

İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) baş direktoru Şafak Başa, İSKİ baş direktorunun müavini Begüm Çelikdelen və İSKİ Ətraf Mühit Müfəttişliyi İdarəsinin rəisi Adəm Şanlısoy da saxlanılanlar arasındadır. İBB Boğaziçi rayonlaşdırma direktoru Elçin Karaoğlu, İBB Əmlak İdarəetmə İdarə heyətinin sədr müavini Fatih Özçelik, İBB Yenidənqurma şöbəsinin müdiri Ramazan Gültən, İBB Araşdırma və Layihə Departamentinin rəhbərləri Serap Öbəkçi və İhsan Yılmaz, Kültür A.Ş. Baş direktor müavinləri Erdinç Çolak və Onur da nəzarətdə saxlanılıb.

Mənbə:BBC NEWS 
Tərcümə etdi:Səmayə Səftərova

Paylaş
Şərh əlavə et