
Stokholm sindromu bir insanın əsir və ya zorakılığa emosional bağlılıq inkişaf etdirdiyi mürəkkəb psixoloji vəziyyətdir. Bu sindrom ilk dəfə 1973-cü ildə İsveçin paytaxtı Stokholmda bank quldurluğu zamanı müşahidə edilib.6 günlük girov böhranı zamanı girovlar quldurlara rəğbət bəsləməyə başlayıb və hadisədən sonra onları müdafiə ediblər.
Simptomlar və psixoloji təsirlər
Stokholm sindromu olan insanlar aşağıdakı simptomlarla qarşılaşa bilərlər. Bu vəziyyət həmçinin travma sonrası stress pozğunluğu və öyrənilmiş çarəsizlik kimi digər psixoloji problemlərlə də əlaqələndirilir :
• Əsir götürənə qarşı müsbət hisslər bəsləmək
• Xilasedicilərə və ya xarici dünyaya inamsızlıq
• Travmatik hadisəni tez-tez xatırlamaq
• Yuxusuzluq və kabuslar
• Emosional dalğalanmalar və depressiya
• Diqqət çatışmazlığı və diqqət problemi
Müalicə üsulları
Stokholm sindromu rəsmi psixiatrik diaqnoz olmasa da, onun müalicəsində ümumiyyətlə aşağıdakı üsullardan istifadə olunur:
• Koqnitiv davranış terapiyası
• Qrup terapiyası
• Anksiyete və depressiya üçün dərman
• Posttravmatik stress pozğunluğu üçün xüsusi müalicələr
Müalicə prosesi fərdin yaşadığı travmanın dərəcəsindən və onun şəxsi xüsusiyyətlərindən asılı olaraq formalaşır.
Bugünkü fəsadları
Stokholm sindromu təkcə girovluq vəziyyətində deyil, həm də məişət zorakılığı, dini təriqət, zəhərli münasibətlər kimi müxtəlif təzyiq və zorakılıq vəziyyətlərində də müşahidə oluna bilər. Bu sindrom qurbanların onlara zülm edənlərə qarşı empatiya və bağlılıq inkişaf etdirməsi ilə xarakterizə olunur.
Mütəxəssislər Stokholm sindromunun müalicəsində erkən müdaxilənin vacibliyinə diqqət çəkirlər. Qurbanların yaşadıqları travmanı anlamaq və sağlam münasibətlər qurmaq üçün peşəkar kömək istəmələri tövsiyə olunur. Stokholm sindromu insan psixologiyasının mürəkkəbliyini və sağ qalma instinktinin fərdlərə necə təsir edə biləcəyini göstərir.
Mənbə : Evrim ağacı
Tərcümə etdi : Dilbər Paşazadə
