İranın dövlət mediası ölkənin cənubundakı Fars körfəzi sahilindəki Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında şiddətli partlayışın baş verdiyini bildirib.

İranın ən böyük ticarət limanı olan Şəhid Rəcai Limanının səlahiyyətliləri, bir neçə konteynerin partlaması nəticəsində böyük yanğına səbəb olduğunu açıqlayıb.
Dövlət televiziyasında yayılan görüntülərdə əraziyə qara tüstü qalxdığı görünüb.
Bəndər Abbas Təcili Yardım Xidmətinin sözçüsü 500-dən çox insanın yaralandığını bildirib.
Yaralılar şəhər xəstəxanalarına çatdırılıb.
Hörmüzqan Limanları və Dəniz Administrasiyasının rəsmisi İsmayıl Makizadə dəniz, quru və havadan xilasetmə qruplarının yanğını söndürmək üçün çalışdığını bildirib.
Rəsmi bildirib ki, dəniz və liman əməliyyatları müvəqqəti olaraq bağlanıb.
Mənbə: BBC
Tərcümə etdi: Səyyarə Mirzəyeva
