İlon Mask və Tesla əleyhinə etirazlar CEO-nun keçmiş ABŞ prezidenti Donald Tramp administrasiyası ilə əlaqələrinə görə dünya miqyasında yayılmağa davam edir.
Bu etirazlar artıq Tesla-nın federal tənzimləyici orqanlara təqdim etdiyi rəsmi sənədlərdə "risk faktoru" kimi qeyd olunub. Çərşənbə günü səhər ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim edilən sənədlərdə yeni ifadə istifadə olunub. Bu ifadə, Mask-a qarşı yaranan ictimai narazılığın o qədər artdığını göstərir ki, Tesla-nın hüquqşünasları investorları xəbərdar etmək zərurəti duyublar. Şirkətin hüquq komandası bu etirazların brendə və ümumilikdə, biznesə zərər verə biləcəyini bildirib.
Ekspertlər bildirirlər ki, şirkətlərin təqdim etdiyi "risk faktorları" adətən, geniş və ehtiyatlı formada hazırlanır. Lakin bu cür sənədlərdə yeni ifadələrin əlavə olunması və ya əvvəlkilərin çıxarılması, şirkət üçün ən vacib məsələlərin nələr olduğunu və hüquqi baxımdan hansı risklərin ön planda olduğunu göstərir.
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
