Bu gün:

Norveç ABŞ alimləri üçün fond yaradıb


Norveç akademik təzyiqlə üzləşən ABŞ alimləri üçün yeni 100 milyon kronluq fond yaradıb.

ABŞ-da yeni vəzifəyə qayıdan Donald Tramp administrasiyası akademik azadlıqları məhdudlaşdırmaq üçün addımlar ataraq Kolumbiya və Harvard universitetlərini sanksiyalarla hədələyib. Tramp administrasiyası onun tələblərini qəbul etməyən Harvard Universitetinə də maliyyəni kəsib və universitet məhkəməyə müraciət edib.

TRT Xəbər-in məlumatına görə , Norveç Araşdırma Şurası xaricdən ixtisaslı alimlərin ölkəyə gətirilməsi üçün 100 milyon Norveç kronu (təxminən 367 milyon 551 min lirə) fond yaradıldığını açıqlayıb.

Fond bütün ölkələrdən müraciətlər üçün açıqdır. Bununla belə, son vaxtlar ABŞ-da tədqiqat büdcələrinin azaldılması səbəbindən proqramın genişləndirildiyi və sürətləndirildiyi bildirilir.

Norveçin ali təhsil və tədqiqat naziri Siqrun Aasland deyib: “ABŞ-da akademik azadlıq təzyiq altındadır və uzun illər dünyanın bilik mərkəzi olan bu ölkədəki bir çox elm adamı üçün vəziyyət indi qeyri-müəyyəndir ”.

Fond ilk növbədə iqlim, sağlamlıq, enerji və süni intellekt sahələrində tədqiqatları dəstəkləyəcək.

Tədqiqat şurası gələn ay bu sahələr üzrə layihə ərizələrinin qəbuluna başlayacaq. Təkcə 2026-cı il üçün 100 milyon kron fond ayrılıb.

 Mənbə: Diken.com

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et