Prezident Rəcəb Tayyib Ərdoğan Kağıthane Bələdiyyəsinin Hasbahçe Sosial Təsislərində vətəndaşlarla görüşüb.

Zəlzələdən sonra İstanbula gedən Prezident R.T Ərdoğan Hasdaldakı İstanbul İl Afət və Böhran Mərkəzini ziyarət edib, müvafiq nazir və səlahiyyətlilərdən hərtərəfli brifinq alıb.
Daha sonra Prezident R.T.Ərdoğan zəlzələnin ardından Kağıthane Bələdiyyəsi Hasbahçe Sosial Təsislərində vaxt keçirən vətəndaşları ziyarət edib. Prezident R.T. Ərdoğana səfəri əsnasında AK Partiya Ümumi Başçı Köməkçisi və Partiya sözçüsü Ömər Çəlik, Kağıthane Bələdiyyə Başçısı Mevlut Oztəkin və AK Partiya İstanbul İl Başkanı Abdullah Özdəmir yoldaşlıq edib.
Mənbə:TRT HABER
Tərcümə etdi: Səmayə Səftərova
