Bu gün:

Prezident Ərdoğan: Biz dövlət olaraq həyəcan təbili çalırıq


Prezident Ərdoğan İstanbul AFAD böhran mərkəzinə gedərək səlahiyyətlilərdən məlumat alıb. Ərdoğan, "Günorta saatlarından bu yana apardığımız axtarış və yoxlama fəaliyyətləri nəticəsində şükürlər olsun ki, zəlzələnin hiss olunduğu şəhərlərdə heç bir problem görünmür. Allaha şükürlər olsun ki, zəlzələ nəticəsində can itkisi yoxdur", - deyib.

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələ bir çox vilayətlərdə hiss olunub. Zəlzələ nəticəsində ölən və yaralanan olmayıb. Bölgədə yüzlərlə təkan qeydə alınıb.

AFAD zəlzələnin ilk anından etibarən prosesi həssaslıqla idarə edib. Dövlət qurum və təşkilatları dəyən ziyanın müəyyənləşdirilməsi işlərinə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan AFAD böhran mərkəzinə gedərək səlahiyyətlilərdən zəlzələ ilə bağlı məlumat alıb. Daha sonra sosial media hesabından paylaşım edən Ərdoğan bu ifadələri işlədib:

“Bu gün Mərmərə dənizində baş verən, İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırıram.


Zəlzələdən dərhal sonra başlayan işimizin bir hissəsi olaraq indicə AFAD İstanbul İl Fəlakət Müdirliyində geniş bir toplantı keçirdik. İclasımızda Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirimiz Murat Kurum, Gənclər və İdman Nazirimiz Osman Aşkın Bak, Daxili İşlər Nazirimiz Ali Yerlikaya, Səhiyyə Nazirimiz Kamal Memişoğlu, İstanbul valimiz Davud Gül və əlaqədar bürokratlarımız iştirak edirdi".


Mənbə: TRT haber

Tərcümə etdi:Ayşən Səlimova

Paylaş
Şərh əlavə et