Bu gün:

Tramp: Biz dini ABŞ-yə qaytarırıq


ABŞ prezidenti Donald Tramp 22 aprel axşam Ağ Evdə ənənəvi Pasxa bayramı keçirib.

150 illik tarixi olan tədbirə ilk dəfə olaraq Amazon və Meta kimi ABŞ texnologiya şirkətləri sponsorluq edib. Ağ Evin bağı qonaqlarla dolub. Tədbir Amerikanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Tramp və xanımı, birinci xanım Melaniya Pasxa dovşanı ilə birlikdə izdihamı salamlayıb.

ABŞ prezidenti dini Amerikaya qaytardıqlarını iddia edib: "Biz dini Amerikaya qaytarırıq. Çox şeyi geri gətiririk, amma din də Amerikaya qayıdır".

Tramp mərhum Papa Fransiski də unutmayıb. O, ölkə daxilində bayraqların yarıya endirilməsi barədə göstəriş verdiyini açıqlayıb. Papa haqqında "O, yaxşı insan idi",- deyib.

Mənbə: Haber Global 

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et