Bu gün:

OpenAI Chrome-u Google-dan almağa hazırdır


Süni intellekt araşdırmaları ilə diqqət çəkən OpenAI ABŞ Ədliyyə Nazirliyinin (DOJ) Google-a qarşı açdığı antitrest davasında gündəmə gələn "Chrome brauzerinin satışı" təklifi ilə bağlı diqqət çəkən açıqlama verib 

OpenAI Chrome satışa çıxarılacağı təqdirdə onu satın almağı düşünəcəyini söyləyib.

Google-a qarşı açılan məhkəmə iddiası şirkətin internet axtarışı və reklam bazarında inhisarçı mövqeyinə son qoymaq məqsədi daşıyır.

Bu kontekstdə gündəmə gələn həll yollarından biri də şirkətin bəzi məhsullarını satmasıdır. Ən gözə çarpan variantlardan biri Google-un internet brauzeri Chrome-un başqa şirkətə ötürülməsidir.

Bu ehtimalı qiymətləndirmək üçün təşkil edilən dinləmələrə bir çox texnologiya şirkəti dəvət edilib.

OpenAI: "Chrome-u almağa açığıq"

Bloomberg-in məlumatına görə, OpenAI və ChatGPT Şirkət bölməsinin rəhbəri Nik Turli şirkətin Chrome-u almağa açıq olduğunu bildirib. Turley OpenAI-nin Chrome ilə maraqlanan yeganə şirkət olmadığını, digər şirkətlərin də brauzeri almaqda maraqlı olduğunu, lakin o, həmin şirkətlərin adlarını açıqlaya bilməyəcəyini bildirib.

Turley vurğulayıb ki, Chrome-un mümkün şəkildə OpenAI tərəfindən alınması halında, bu brauzer “ilk süni intellekt brauzeri” kimi formalaşdırılacaq. Hazırda istifadəçilər Chrome vasitəsilə ChatGPT genişlənməsindən faydalana bilirlər. Lakin əgər Chrome OpenAI-ın nəzarətinə keçərsə, bu, daha əhatəli və dərin inteqrasiya olunmuş süni intellekt həllərinin təqdim olunmasına yol aça bilər.

İş yalnız Chrome ilə məhdudlaşmır

ABŞ Ədliyyə Departamentinin Google-a qarşı iddiası son 25 ilin ən böyük antiinhisar işi kimi qiymətləndirilir. İddia təkcə Chrome deyil, Google-un mobil əməliyyat sistemi ilə bağlıdır. Android də hədəfdədir. Google-un İphone və Mozilla kimi şirkətlərlə ehtimal edilən müqavilələr də inhisarçılıq iddialarını gücləndirib.

Keçən il işin məsuliyyəti mərhələsində Google Ədliyyə Nazirliyinə qarşı məğlub olub. Şirkətin rəqəmsal bazarda hökmranlığı “inhisarçılıq” kimi qələmə verilir. İndi bütün diqqətlər Google-un bəzi məhsullarını və xüsusən də Chrome-un kimə satıla biləcəyini ayırmaq qərarına yönəlib.

Mənbə: TRT haber 

Tərcümə etdi: Sona Osmanova

Paylaş
Şərh əlavə et