Hipnoz əsrlər boyu alimlərin, praktiklərin və ictimaiyyətin maraq dairəsində olmuş heyrətamiz bir fenomendir. Bu proses diqqətin fokuslanması, ətraf mühitin hiss edilməsinin azalması və təkliflərə cavabvermə qabiliyyətinin artması ilə xarakterizə olunur. Hipnoz zamanı insanların qavrayış, hiss, emosional vəziyyət, düşüncə və davranışlarında dəyişikliklər müşahidə oluna bilər.

Buna baxmayaraq, hipnozun dəqiq mexanizmləri hələ də elmi mübahisələrin və araşdırmaların mövzusudur. Hipnoz deyəndə çox vaxt ağla bir şəxsin digərinin zehni və davranışı üzərində fövqəltəbii bir nəzarət qurduğu təsviri gəlir. 1800-cü illərin sonunda Parisdəki Salpetriere xəstəxanasında çalışan fransız psixiatr Jean Martin Şarkot, əsasən, qadın pasiyentlərə hipnoz tətbiq etdiyi ictimai seanslarla məşhurlaşmışdı. Bu seanslarda psixoloji pozuntularla bağlı şikayətləri olan qadınlar hipnoz vasitəsilə bir anda "şəfa" tapır, iflic olduğunu düşünən biri yeriyə, kor olduğunu düşünən biri görə bilirdi.
Bu nümayişlər iki əsas həqiqəti gündəmə gətirdi:
1. İnsan şüurunun bir-birindən xəbərsiz iki vəziyyəti mövcuddur.
2. İnsan bu şüur vəziyyətinə başqasını daxil etməyi öyrənə bilər.
İnsanlar "condition seconde" — yəni ikinci şüur vəziyyəti haqqında danışmağa başlayırlar; bu, bu gün "şüuraltı" kimi tanıdığımız anlayışa uyğun gəlir.
Araşdırmalar və nəzəriyyələr, hipnoz zamanı şüurlu və şüuraltı mexanizmlər arasındakı əlaqəni izah etmə potensialına görə seçilmişdir.
Hipnoz sonrakı dövrlərdə elmi cəmiyyət tərəfindən mübahisəli bir mövzu kimi qəbul edilməyə başlanıb və yalnız XIX əsrin sonları, XX əsrin əvvəllərində yenidən müəyyən elmi nüfuz qazanıb. Həmin dövrdə Şarkot, Lebo və Bernhaym kimi nəzəriyyəçilər və praktiklər hipnozu empirik müşahidələr və elmi metodlarla əsaslandırmağa çalışıblar. Onların fəaliyyəti hipnoza müəyyən elmi hörmət qazandırdı və bu sahədə gələcək nəzəriyyələr üçün təməl yaradıb. Bu nəzəriyyələr günümüzdə də hipnozda şüurlu və şüuraltı proseslərin rolunu anlamağa çalışmaqda davam edir.
Mənbə: National İnstitutes of Health
Tərcümə etdi: Arzu Qafarova
