Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun Qəzza şəhərinin Tuffah rayonundakı Durra Uşaq Xəstəxanasını vurduğu bildirilib.
İsrail ordusunun hədəf aldığı xəstəxanaya dəyən zərəri əks etdirən görüntülər və fotoşəkillər də paylaşılıb. Digər tərəfdən, xəstəxanada ölən və ya yaralananların olub-olmadığı barədə məlumat verilməyib. Qəzzadakı Fələstin rəsmiləri tez-tez bəyan edirlər ki, İsrail ordusu Qəzzada sağlamlıq mərkəzlərini və infrastrukturu qəsdən hədəfə alır. Qəzza Hökumət Media Ofisinin məlumatlarına əsasən, İsrail ordusu 7 oktyabr 2023-cü ildən Qəzzada 164 səhiyyə müəssisəsini hədəfə alıb, 38 xəstəxana və 81 sağlamlıq mərkəzini xidmətdən çıxarıb.
Mənbə:TRT HABER
Tərcümə etdi:Fidan Fərhad
