Bu gün:

Şərqi Timorda matəm elan olunub


Əhalisinin əksəriyyəti katoliklərdən ibarət olan Şərqi Timorda çərşənbə axşamı Papa Fransiskin ölümünü qeyd etmək üçün yeddi günlük milli matəm başlayıb. 

İnsanlar dua etmək üçün toplaşıb və Asiya ölkəsində bayraqlar yarıya endirilib.


Bazar ertəsi günü vəfat edən Papa keçən il görünüşü İndoneziyadan müstəqillik uğrunda hərəkata tarixi təkan verən və qlobal səhnədə nadir şöhrət qazandıran II İohann Paveldən sonra 30 ildən çox müddətdə ölkəyə səfər edən ilk Papa olub.


“Katolik Kilsəsinin bu böyük liderinə layiqli hörmət göstərərək, dərin minnətdarlıq və tanınma hissi nümayiş etdirmək Timor xalqı adından dövlətin vəzifəsidir", - ölkənin Nazirlər Şurasının çərşənbə axşamı günü matəm elan edən bəyanatında deyilib.


Şərqi Timorun 97%-dən çoxu katolikdir, bu da onu Vatikandan sonra dünyanın ən böyük əksəriyyətindən birinə çevirib. Filippinlə birlikdə Asiyada əsasən xristian olan iki ölkədən biridir.


Mənbə: Reuters 

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et