Bu gün:

Venesuelada Roma Papasının ölümü ilə bağlı üç günlük matəm elan edilib


Dövlət televiziyasında verilən xəbərə görə, Papa Fransiskin ölümündən sonra Venesuela Prezidenti Nikolas Maduronun imzaladığı 5121 saylı Prezidentin fərmanı ilə matəm rəsmi olaraq qüvvəyə minib. Bu müddət ərzində bütün dövlət qurumlarında, mülki və hərbi təyinatlı binalarda bayraqlar yarıya endiriləcək. Bundan əlavə, ölkədə heç bir ictimai festival və ya şənlik keçirilməyəcək.

Venesuelanın vitse-prezidenti Delsi Rodriges açıqlamasında "Roma Papası Fransisk ölkəmizdə sülh və birlik üçün səy göstərib. Xalqımız onun təlimlərinə həmişə minnətdar qalacaq", -deyə bildirib.

Argentina və Braziliyada da Fransiskin ölümü ilə əlaqədar 7 günlük milli matəm elan edilib.

Mənbə:TRT HABER

Tərcümə etdi: Fidan Fərhad








Paylaş
Şərh əlavə et