Bu gün:

Yeni Papa necə seçiləcək?


Katoliklərin ruhani lideri və Vatikanın dövlət başçısı Papa Fransisk 88 yaşında vəfat edib. 

Papanın ölümü ilə Vatikan Sede Vakante, yəni "boş ofis" dövrünə qədəm qoydu. Yeni Papanın seçilməsi üçün Konklav prosesi başlayacaq. Dünyanın müxtəlif ölkələrindən katolik kilsəsinin rəhbərləri Vatikana gələcəklər. 252 kardinal Sikstin kapellasında toplanacaq və seçki prosesi “bağlı qapılar” arxasında başlayacaq.

252 kardinal olsa da, yalnız 80 yaşdan aşağı olanların səsvermə hüququ var. Bu kardinallar papa olmaq istədikləri adamların adlarını kağıza əl yazısı ilə yazacaqlar və səslərin ən azı üçdə ikisini toplayan yeni papa olacaq. Namizədlərdən heç biri kifayət qədər səs toplamasa, səsvermə təkrarlanacaq. Bu proses günlər, həftələr və hətta aylar çəkə bilər. Yeni papa seçiləndə şuranın bacasından ağ tüstü qalxacaq.

Papa seçkiləri tarixində ən uzun papa seçkiləri Papa IV Klementin ölümündən sonra 1268-1271-ci illərdə keçirilən olub. Seçkilərin bu qədər uzanmasına səbəb kardinallar arasında siyasi münaqişə olub.

Mənbə:Cnn türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et