Bu gün:

Antarktidada 2 milyon illik buzda yığılmış köhnə hava tapılıb


Alimlər Antarktidada 2 milyon il əvvələ aid buz nümunələri içində saxlanılmış hava qabarcıqları aşkar ediblər. Bu tapıntı elm aləmində böyük maraq doğurub, çünki həmin qabarcıqlar sayəsində o dövrdəki Yer atmosferinin tərkibi öyrənilə bilər.

Alimlərin sözlərinə görə, bu qədim hava qabarcıqları sayəsində iqlim dəyişikliklərinin uzunmüddətli tarixçəsini anlamaq mümkün olacaq. Həmçinin bu məlumatlar günümüzdəki qlobal istiləşmə ilə qədim dövrlərdəki təbii istiləşmələr arasında müqayisə aparmaqda mühüm rol oynayacaq. Bu kəşf dünyanın iqlim tarixinə işıq tutmaqla yanaşı, gələcəkdə insan fəaliyyətinin planetə təsirini daha dəqiq dəyərləndirmək üçün yeni yollar açacaq.


Mənbə: Today.com

Tərcümə etdi: Aysel Şıxməmmədova



Paylaş
Şərh əlavə et