Bu gün:

Çin kosmosun tədqiqi üçün 6 peyk buraxıb


Çinin texnologiya və kosmos araşdırmaları üçün 6 peyk buraxdığı açıqlanıb.

Çin bu gün Şansi əyalətindəki Taiyuan peyk buraxılış mərkəzindən altı yeni sınaq peykini kosmosa göndərib. Altı “Şiyan-27” peyki yerli vaxtla saat 06:51-də dəyişdirilmiş “Long March-6” daşıyıcı raketi ilə buraxılıb.

Bildirilib ki, təyin olunmuş orbitlərə uğurla çıxan peyklər kosmik mühitin tədqiqi və müvafiq texnoloji təcrübələrin aparılması üçün istifadə olunacaq. Həmçinin əlavə olaraq, “Long March” daşıyıcı raket seriyası 570-ci uçuşunu həyata keçirib.

Mənbə: Cnn türk

Tərcümə etdi: Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et