
Çanaqqala boğazı duman səbəbindən hər iki istiqamətdə tranzit gəmilərin hərəkətinə bağlanıb. Səhərə doğru açıq dənizdə artan duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub.
Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi radio vasitəsilə şimal və cənub istiqamətlərində üzən gəmilərin kapitanlarına səhər saat 08:00-dan etibarən boğazın iki tərəfli tranzit gəmi keçidlərinə bağlandığını açıqlayıb. Duman çəkiləndən sonra gəmilərin hərəkətinin normallaşacağı bildirilib.
Digər tərəfdən, Boğaziçi və Adalar xəttində xidmətlər normal olaraq davam edir. Ancaq bu gün şəhərdə keçiriləcək "Çanakkale Saucony Troya Yarım Marafonu" ilə əlaqədar Çanaqqala Boğazı xəttində 09.30-13.30 arası Çanaqqala-Eceabat və Çanaqqala-Kilitbahir uçuşları mümkün olmayacaq.
Kilitbahirdən son səfər saat 09.00-da, Eceabatdan isə son səfər saat 08.45-də olacaq. Çanaqqaladan Eceabat və Kilitbahirə uçuşlar saat 09:00-da, Eceabat-Çanaqqala saat 13:00-da, Kilitbahir-Çanaqqala saat 13:15-də, Çanaqqala-Kilitbahir və Çanaqqala-Eceabat 13:45-də başlayacaq.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
