Bu gün:

Hindistanda bina çöküb


Hindistanın Yeni Dehli şəhərində dörd mərtəbəli binanın uçması nəticəsində azı 11 nəfər ölüb.

Polis rəsmisi Sandeep Lamba axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini və səhər saatlarında Mustafabad bölgəsində baş verən hadisədə 8-10 nəfərin hələ də dağıntılar altında qaldığının ehtimal edildiyini bildirib.

Lamba indiyədək dağıntılar altından 22 nəfərin xilas edildiyi haqqında məlumat verib. Bina sakinlərinin kirayədə qaldığını deyən Lamba çökmənin səbəblərinin araşdırıldığını qeyd edib.

Rəsmi nümayəndələr xilasetmə işlərində Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələrinin (NDRF) də iştirak etdiyini söyləyib.

Mənbə: A Haber

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et