Google 2024-cü ildə platformasında fırıldaqçılıq şübhəsi ilə 39.2 milyon reklamverən hesabını bağladığını açıqlayıb. Bu rəqəm ötən illə müqayisədə üç dəfədən çox artım deməkdir.
Şirkət bu nəticəyə süni intellektin böyük dil modellərindən (LLM) istifadə etməklə nail olub. Google, biznesin saxtalaşdırılması və qanunsuz ödəniş detalları kimi siqnallar əsasında, reklam hesablarının böyük əksəriyyətini reklam yayımlamadan əvvəl aşkar edib və bağlayıb.
Qeyd edək ki, Google ötən il təhlükəsizlik sistemlərini gücləndirmək üçün 50-dən çox LLM əsaslı yenilik tətbiq edib.
Google-da Reklam Təhlükəsizliyi üzrə baş menecer Aleks Rodriges bildirib ki, süni intellekt modelləri vacib rol oynasa da, bu prosesdə hələ də insan nəzarəti saxlanılır:
“Süni intellekt modelləri bizim üçün çox vacibdir və əhəmiyyətli irəliləyişlər təmin edib. Lakin proses boyu insanlar da bu işə cəlb olunmağa davam edir".
Mənbə: Techcrunch
Tərcümə etdi: Zeynəb Yunuszadə
