Bu gün:

İran kritik görüşdən sonra danışıqlar bəyanatı verib


İranın xarici işlər naziri Abbas Ərakçi ABŞ ilə dolayısı keçirilən danışıqların ikinci hissəsilə bağlı verdiyi açıqlamada danışıqların yalnız nüvə mövzuları ilə məhdudlaşdığını vurğulayaraq  "Bizim üçün danışıqların məqsədi yalnız İranın sülhməramlı nüvə proqramına etimadı təmin etmək və bunun müqabilində sanksiyaları aradan qaldırmaqdır" deyib.Digər tərəfdən İran mətbuatına açıqlama verən Ərakçi ABŞ ilə dolayısı danışıqların yalnız nüvə mövzuları ilə məhdudlaşdığını vurğulayıb. Ərakçi "Bizim üçün danışıqların məqsədi yalnız İranın sülhməramlı nüvə proqramına etimadı təmin etmək və bunun müqabilində sanksiyaları aradan qaldırmaqdır. Biz bu mövzuda qərarlıyıq və bu çərçivədən kənara çıxmaq mümkün deyil. İndiyə qədər amerikalılar bu prinsipə əməl ediblər",-deyib.

Danışıqlar əvvəlcə qarşılıqlı etimadın yaradılmasına, sonra isə İranın nüvə proqramı ilə bağlı razılaşma üçün çərçivənin yaradılmasına yönəlmiş proseslər kimi qiymətləndirilib. ABŞ İrandan atom bombası hazırlamaq üçün istifadə edildiyinə inandığı yüksək zənginləşdirilmiş uranın istehsalını dayandırmasını istəyir. Həmişə nüvə proqramının dinc xarakter daşıdığını iddia edən İran sanksiyaların ləğvi müqabilində nüvə proqramını “ixtisar etməyə” hazır olduğunu bəyan edib və ABŞ-nin geri çəkilməyəcəyinə dair zəmanət istəyir.
Mənbə:CNN Türk

Tərcümə etdi:Çimnaz Həmzəliyeva

Paylaş
Şərh əlavə et