Bu gün:

"ABŞ-də dizayn edilib, Çin istehsalı..."


Apple niyə ilişib qalıb?

Hər bir "iPhone"un üzərində “Kaliforniyada dizayn edilib” yazan etiket var. Həyatımıza istiqamət verən bu zərif düzbucaqlı ilk olaraq ABŞ-də dizayn olunsa da, əslində minlərlə kilometr uzaqda — Çində istehsal olunur. ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etdiyi 245%-lik əlavə vergilərdən ən çox təsirlənən ölkə də məhz Çindir.

Apple ildə 220 milyondan çox iPhone satır və əksər hesablamalara görə, bu cihazların 90%-i Çində istehsal olunur. Parlaq displeylərdən tutmuş batareya paketlərinə qədər "Apple"ın məhsullarının əsas komponentləri burada hazırlanır və iPhone, iPad, MacBook kimi cihazlar məhz burada yığılır. Sonra isə onların çoxu "Apple"ın ən böyük bazarı olan ABŞ-yə göndərilir.

Şirkətin bəxti onda gətirib ki, Tramp ötən həftə smartfonlar, kompüterlər və bəzi elektronika məhsullarını bu əlavə vergilərdən müvəqqəti olaraq azad edib. Lakin bu rahatlıq uzun çəkməyib. Tramp sonradan əlavə tariflərin yenidən tətbiq olunacağını işarə edərək Truth Social platformasında belə yazıb: “Çəngəldən qurtulmayıb”. Onun administrasiyası yarımkeçiricilər və bütöv elektronika təchizat zəncirini yenidən nəzərdən keçirməyi planlaşdırır.

Beləliklə, "Apple"ın uzun illər güclü tərəfi kimi təqdim etdiyi qlobal təchizat zənciri indi risk altındadır və zəif mövqeyə düşüb.


Mənbə: BBC News

Tərcümə etdi: Asiman Vəliyeva

Paylaş
Şərh əlavə et