Tacikistanın Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonunda 5,5 bal gücündə zəlzələ baş verib.
Özbəkistan Seysmoloji Mərkəzi Tacikistanın Əfqanıstanla sərhədində baş verən zəlzələnin yerli vaxtla saat 11:47-də qeydə alındığını açıqlayıb.
Episentri Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin İşkaşim rayonundan 69 kilometr cənubda yerləşib. Maqnitudası 5,5 bal olan zəlzələ 120 kilometr dərinlikdə baş verib. Dağlıq bölgədə qeydə alınan zəlzələdə can və ya əmlak itkisi qeydə alınmayıb.
Son bir həftə ərzində bölgədə müxtəlif maqnitudalarda 6 zəlzələ baş verdiyi halda, aprelin 13-də eyni bölgədə 5,8 bal gücündə zəlzələ qeydə alınlb. Zəlzələ qonşu Özbəkistanda da hiss olunub.
Mənbə: A Haber
Tərcümə etdi: Səyyarə Mirzəyeva
