Bu gün:

ABŞ Ali Məhkəməsi venesuelalıların deportasiyasını dayandırıb


ABŞ Ali Məhkəməsi Tramp administrasiyasına bir qrup günahlandırılan venesuelalı dəstə üzvlərinin deportasiyasını dayandırmağı əmr edib. 

Vətəndaş azadlıqları üzrə bir təşkilat, 18-ci əsrə aid müharibə qanununa əsaslanaraq Texasın şimalında saxlanılan venesuelalıların deportasiya edilməsinə görə administrasiyanı məhkəməyə verir.

Ali Məhkəmə hökumətə bu məhkəmənin növbəti qərarına qədər məhbuslardan heç birini çıxarmamağı əmr edib.

Donald Tramp, Venesueladan olan cinayətkar dəstə üzvlərinin El Salvadordakı böyük bir həbsxanaya göndərilməsini təklif edərək, 1798-ci il Yad Düşmənlər Aktına istinad edib. Bu akt prezidentə adi hüquqi prosedurlara riayət etmədən, həm yerli əhalidən, həm də düşmən sayılan xalqların vətəndaşlarından olan şəxsləri həbs edib deportasiya etmək səlahiyyəti verir.


Mənbə: BBC news

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et