Avropa İttifaqı (Aİ) rəsmiləri Səudiyyə Ərəbistanı vətəndaşlarının vizadan azad edilməsi ilə bağlı işlərin davam etdiyini açıqlayıblar.

Aİ dünyanın demək olar ki, bütün regionlarından onlarla ölkənin vətəndaşlarına viza azadlığı təqdim edir. İrlandiya və Kipr istisna olmaqla, bütün Aİ üzvləri, həmçinin İsveçrə, İslandiya, Lixtenşteyn və Norveçi əhatə edən Şengen zonasına ümumilikdə 29 ölkə daxildir.
Bundan əlavə, 61 ölkənin vətəndaşları Şengen zonasına vizasız daxil ola bilirlər. Bu ölkələr Kolumbiyadan Yeni Zelandiyaya, Tayvandan Birləşmiş Ərəb Əmirliklərinə qədər geniş bir coğrafiyanı əhatə edir. İsrail, Albaniya, Şimali Makedoniya, Serbiya, Ukrayna, Qvatemala, Honduras, Malayziya və Solomon Adaları kimi ölkələr də Şengen vizasından azaddırlar. Bu siyahının yaxın gələcəkdə daha da genişlənməsi potensialı var.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Səmayə Səftərova
