Bu gün:

Menendez qardaşlarının məhkəmə prosesi təxirə salınıb


ABŞ-nin Kaliforniya ştatında Menendez qardaşlarının-Erik və Lyle Menendezin yenidən cəza təyin olunması ilə bağlı məhkəmə prosesi təxirə salınıb. Los Anceles prokurorluğu Kaliforniya Parol Şurasının hazırladığı risk qiymətləndirmə hesabatının hələ təqdim olunmadığını əsas gətirərək dinləmənin təxirə salınmasını istəyib.

Qardaşlar 1989-cu ildə valideynlərini qətlə yetirməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum olunublar. Müdafiə tərəfi onların illərlə ailədaxili zorakılığa məruz qaldığını desə də, prokurorluq cinayətin maliyyə maraqları ilə törədildiyini bildirir. Son məhkəmə iclasında göstərilən qrafik cinayət şəkilləri səbəbilə qardaşların 85 yaşlı xalası xəstəxanaya yerləşdirilib. Ailə üzvləri bu səbəbdən prokurorluğun işdən uzaqlaşdırılmasını tələb ediblər.

Növbəti məhkəmə iclasının 9 mayda keçirilməsi planlaşdırılır. Bu müddət ərzində hesabatın təqdim olunması və prokurorluğun prosesdən kənarlaşdırılması məsələləri müzakirə olunacaq.


Mənbə: ABC news

Tərcümə etdi: Səidə Abasova



Paylaş
Şərh əlavə et