Bu gün:

İsrail çadırda yaşayan fələstinlilərə zərbə endirib


Köçkün mülki əhalinin çadır qurduğu Əl-Məvasidə İsrailin hücumu nəticəsində çoxu uşaq olmaqla, onlarla insan həyatını itirib.

Qəzza mülki müdafiə agentliyi ölənlərin sayının ən azı 37 olduğunu bildirib.


Əl-Məvasidəki şahidlərin BBC-yə verdiyi məlumata görə, "güclü" partlayışdan sonra onlarla fələstinli, o cümlədən uşaqlar həlak olduqdan sonra çadırlar alovlanıb.


Bir nəfər "qışqırmağa və panikaya" oyandığını və "alovların bir çadırdan digərinə sürətlə yayıldığını" gördüyünü söyləyib.


İsrail daha əvvəl fələstinlilərə Qəzzanın digər bölgələrindən Əl-Məvasiyə təxliyyə etmələrini bildirib.


Mənbə: BBC 

Tərcümə etdi: Səyyarə Mirzəyeva

Paylaş
Şərh əlavə et