Avropa ölkələri ABŞ administrasiyasının məhdudiyyətləri və elmi araşdırmaların bəzi sahələrində maliyyənin kəsilməsi səbəbindən işlərindən qovulan “qızıl ağılları” qarşılamağa hazırlaşır. Yanvar ayında ABŞ-də prezidentliyə başlayan və kəskin dəyişikliklərə səbəb olan respublikaçı Donald Trampın atdığı siyasi addımlar elmi dairələrdə qorxu və təşviş yaradıb.
Tramp administrasiyasının verdiyi qərarlarla ölkədəki bəzi laboratoriyalar bağlanıb, bu sahələrdə maliyyə vəsaiti kəsilib.
Maliyyə kəsilməsindən təsirlənən, iqlim, biomüxtəliflik, çirklənmə və qadın araşdırmaları kimi tədqiqat sahələrində çalışan yüzlərlə insan kütləvi şəkildə işdən çıxarılıb.
İşdən çıxarılanlar arasında ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) bir ildən az müddətdə işləyən və sınaq mərhələsində olan təxminən 800 işçisi də var.
ABŞ Müdafiə Nazirliyi də mart ayında portfelindəki 90-dan çox tədqiqatı, o cümlədən iqlim dəyişikliyinin təsirləri ilə bağlı araşdırmaları kəsdiyini açıqlayıb.
Mənbə:TRT HABER
Tərcümə etdi: Fidan Fərhad