İsrail ordusunun Qəzza zolağının şimalında məcburi köçkün fələstinlilərə ev sahibliyi edən və Birləşmiş Millətlər Təşkilatının (BMT) himayəsi altında fəaliyyət göstərən məktəbi bombalaması nəticəsində ən azı 6 fələstinli həyatını itirib.

Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) bağlı Əl-Əyyubiyyə məktəbini bombalayıb.
İsrailin hücumu nəticəsində, ən azı 6 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.
İsrail ordusu Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı məktəbləri və çadırları tez-tez hədəf alır.
Mənbə: TRT haber
Tərcümə etdi: Ayşən Səlimova
